PSJ-nin keçmiş baş məşqçisi Qətər klubu ilə anlaşıb
PSJ-nin sabiq çalışdırıcısı Kristof Qalte Qətərin “Əl-Duhail” klubunun yeni baş məşqçisi olacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı mütəxəssisin bu həftə ərzində Qətər komandasının “sükanı arxasına” keçəcəyi gözlənilir. Tərəflər arasında yekun razılıq dünən əldə olunub.
Daha əvvəl mətbuatda 57 yaşlı mütəxəssisin “Marsel”lə danışıqlar apardığı haqda məlumat yayılmışdı. Lakin Qalte bu qədər tez məşqçiliyə qayıtmağa hazır olmadığı üçün Fransa komandasına rəhbərlik etməkdən imtina edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin