Kapitan “gəmi”ni tərk etməyə hazırdır

PSJ-nin müdafiəçisi və kapitanı Markinyos Səudiyyə Ərəbistanı klubunun əsas transfer hədəfinə çevrilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-İttihad” braziliyalı futbolçunu dəvət etmək arzusundadır.

“Əl-İttihad” PSJ ilə transferdə razılaşa bilsə, Markinyos bu kluba keçməyə hazır olacaq. Paris klubunun rəhbərliyinin Səudiyyə Ərəbistanı təmsilçisinin kapitana olan marağından xəbəri var, lakin hələlik qərar verilməyib.

Markinyos 2013-cü ildə PSJ-yə “Roma”dan keçib. O, bu müddətdə 10 dəfə Fransa çempionu olub. 30 yaşlı müdafiəçinin klubuyla hazırkı müqaviləsi 2028-ci ildə başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button