Silva üçün iki seçim: Ya “Milan”, ya da…
PSJ-dən ayrılacaq Tyaqo Silva İtaliyanın daha bir klubunun maraq dairəsindədir.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Fiorentina” 36 yaşlı müdafiəçini heyətinə qatmaq niyyətindədir. İtaliyalıların futbolçuyla danışıqlar apardığı və ona rəsmi müqavilə təklif etdiyi bildirilir. “Fiorentina” Silvaya ildə 4 milyon avro olmaqla iki illik sözləşmə təklif edib. Tərəflərin bu şərtlərlə razılaşmağa yaxın olduğu bildirilir.
Silvanın adı son günlər A Seriyasının digər klubu “Milan”la da yanaşı çəkilir.
2012-ci ildən Paris klubunun şərəfini qoruyan braziliyalı futbolçu, UEFA Çempionlar Liqasının finalında “Bavariya” ilə keçiriləcək oyundan sonra PSJ-dən ayrılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin