PSJ-nin istədiyi futbolçu Qətər klubunda

Yaponiya millisinin üzvü Seya Nakazima karyerasını Qətərdə davam etdirəcək.

Komanda.az xəbər verir ki, Portuqaliyanın “Portimonense” klubunun şərəfini qoruyan Nakazima “Əl-Duxayl” klubuna transfer olunub. Bu barədə Qətər təmsilçisinin rəsmi saytı məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçinin transferindən “Portimonense” 35 milyon avroya yaxın gəlir əldə edəcək.

“Əl-Duxayl” bir müddət əvvəl “Yuventus”dan Mehdi Benatianı da transfer etmişdi.

Yaponiya millisinin də formasını geyinən Nakazima ilə PSJ də yaxından maraqlanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button