PSJ-nin hədəfində olan futbolçularla bağlı açıqlama

Son vaxtlar adı PSJ ilə yanaşı çəkilən Pepe Reyna və Teo Hernandeslə bağlı açıqlama verilib.

Komanda.az “Foot Mercato”ya istinadən xəbər verir ki, hər iki futbolçunun meneceri olan Manuel Qarsiya Quilon bunları deyib:

“Hernandeslə bağlı bir çox klubun adı hallanır, amma hazırda heç bir şey yoxdur. Hər şey daha aydın olanda, düşünmək və cavab vermək üçün vaxtımız olacaq. Amma hazırda heç nə yoxdur.

Reynaya gəlincə, onunla bağlı heç kim bizimlə əlaqə saxlamayıb. Onun “Milan”la müqaviləsinin bitməsinə bir il qalıb. “Aston Villa”dan ona müqavilə təklif olunmadığı üçün “Milan”a qayıdacaq. Onunla maraqlanan olsa, danışıqlar apara bilərik. Amma indiyədək heç bir təklif olmayıb”.

Müqavilə ilə “Milan”a məxsus olan Reynanın “Aston Villa” ilə icarə müqaviləsi iyunda başa çatır. Hernandesin “qırmızı-qaralar”la müqaviləsi isə 2024-cü ildə bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button