PSJ rəsmisi Kloppla görüşdü

PSJ-nin idman direktoru Leonardo “Liverpul”un baş məşqçisi Yurgen Kloppla görüşüb.

Komanda.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Xəbərdə, Leonardonun Kloppla görüşərək, ona PSJ-də baş məşqçi olmağı təklif etdiyi bildirilib. Ancaq alman mütəxəssis Leonardonun bu təklifini rədd edib. Klopp, “Liverpul”da hər şeydən razı olduğunu və ayrılmaq haqda düşünmədiyini deyib.

PSJ bu mövsüm Çempionlar Liqasında uğur əldə edə bilməsə, baş məşqçi Tomas Tuxellə yollar ayrılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button