Leonardo: “Messi haqda danışmaq belə istəmirəm”

PSJ-nin idman direktoru Leonardo “Barselona”nın kapitanı Lionel Messi ilə maraqlandıqları ilə bağlı çıxan xəbərlərə münasibət bildirmək istəməyib.

Komanda.az xəbər verir ki, braziliyalı funksioner, İspaniyanın “sport.es” saytının əməkdaşının Messi ilə bağlı verdiyi sualı belə cavablandırıb:

“Düzü, artıq Messi haqda danışmaq belə istəmirəm. Hər zaman bir-birimizə hörmətlə yanaşmalıyıq. İndiki durumu təhlil etməyin vaxtı deyil”.

“Barselona” ilə müqaviləsi yaya qədər olan Messi ilə PSJ və İngiltərənin “Mançester Siti” klubu yaxından maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button