
Mbappe məhkəmədə uduzdu
Paris məhkəməsi PSJ-nin xeyrinə qərar çıxararaq, keçmiş futbolçusu Kilian Mbappe tərəfindən tələb edilən və daha əvvəl dondurulan 55 milyon avronun həbsini ləğv edib.
Komanda.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Hazırda “Real”da çıxış edən 26 yaşlı hücumçu PSJ-də son dövründə ödənilməmiş bonuslar və maaşın bir hissəsini tələb edirdi. Onun iddiasına görə, ümumi borc məbləği 55 milyon avro təşkil edir.
Ancaq PSJ-nin hüquq komandası əks iddia qaldıraraq, fransalı futbolçunun razılaşma şərtlərini pozduğunu və buna görə 98 milyon avro kompensasiya tələb etdiklərini bildirib.
Klub nümayəndələri həmçinin, Mbappenin vəsaitin dondurulması üçün kifayət qədər əsas təqdim etmədiyini vurğulayıblar. Məhkəmənin qərarı da məhz bu arqumentə əsaslanaraq bloklanmanın ləğvi ilə nəticələnib.
Bizi Facebook-da izləyin



