PSJ onun üçün 52 milyon avro ödəmək istəmir
“Mançester Yunayted”in hücumçusu Ceydon Sanço PSJ üçün prioritet transfer hədəfi deyil.
Komanda.az RMC-yə istinadən xəbər verir ki, klublar arasında danışıqların olmasına baxmayaraq, müqavilə hələ də yekunlaşmayıb.
Sanço “Mançester Yunayted”dən ayrılmaq istəməsə də, klub onu 52 milyon avroya satmağı düşünür. PSJ belə şərtlərlə müqaviləni yekunlaşdırmağa hazır deyil.
24 yaşlı forvard ötən mövsümün yanvarından Dortmund “Borussiya”sında icarə əsasında çıxış edib. İngiltərəli futbolçu komandanın Çempionlar Liqasının finalına yüksəlməsinə kömək edib və almanlar burada “Real”a məğlub olub (0:2).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin