PSJ 2 yeni futbolçu ilə müqavilə imzalamağa yaxındır

PSJ bu yay iki yeni transferlə müqavilə imzalamağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubunun sıralarına “Napoli”nin hücumçusu Viktor Osimhen və “Benfika”nın yarımmüdafiəçisi Joao Neveş qoşulacaq.

Hər iki futbolçu Paris nəhənginə keçməyə razılaşıb. “Napoli” Osimhenlə 130 milyon avroya ayrılmağa hazırdır və “Benfika” da Neves üçün təqribən 120 milyon avro istəyir.

PSJ ötən mövsüm Fransa çempionu olub və Çempionlar Liqasında gözlənilmədən Dortmund “Borussiyası”na uduzaraq, yarımfinalda mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button