PSJ-nin gələn yay üçün əsas hədəfi odur

“Real”ın hücumçusu Rodriqo Avropanın daha bir top-klubunun maraq dairəsindədir.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, PSJ braziliyalı futbolçunu sıralarına qatmaq istəyir.

Rodriqo Paris nəhənginin gələn il üçün əsas transfer hədəfidir. Liqa 1 çempionunun 2025-ci ilin yayında 23 yaşlı oyunçu ilə müqavilə imzalamağa cəhd edəcəyi gözlənilir.

Rodriqo 2019-cu ilin yayından “kral klubu”nda çıxış edir. Onun “Real”la müqaviləsi 2028-ci ilin iyun ayının sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button