“Çelsi” onun üçün PSJ-nin qapısını döyəcək
PSJ-nin futbolçusu Yulian Draksler karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, “Çelsi” klubu 26 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə “Express” nəşri məlumat yayıb. Xəbərdə, London təmsilçisinin yanvarda Draksler üçün PSJ-yə rəsmi təklif göndərəcəyi bildirilir.
2017-ci ildən Paris təmsilçisində çıxış edən Draksler, bu mövsüm 8 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin