
PSJ-nin futbolçusu yenidən zədələndi
PSJ-nin müdafiəçisi Nuno Mendeş yenidən sıradan çıxıb.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bud nahiyəsindən zədə alıb və təxminən 4 ay yaşıl meydanlardan kənarda qalacaq.
Tibbi müayinədən sonra məşqçilər heyəti Mendeşi əməliyyat üçün Finlandiyaya göndərmək qərarına gəlib.
21 yaşlı futbolçu PSJ-nin heyətində son oyununu aprel ayında keçirib. O, apreldən bəri daim müxtəlif zədələrdən sağalıb, sonra yenə sıradan çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin