
PSJ-nin futbolçusu virusa yoluxub
PSJ-nin hücumçusu Randal Kolo Muani Fransa kubokunun 1/8 finalında “Brest”lə matçı buraxacaq.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, 25 yaşlı forvard virusa yoluxub. Ona görə də, fransalı futbolçu sözügedən görüşdə iştirak edə bilməyəcək.
Sabah keçiriləcək PSJ – “Brest” matçı saat 00:10-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin