PSJ-nin futbolçusu İngiltərə klubu ilə anlaşıb
Karlos Soler komandasını dəyişməyə yaxınlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Vest Hem” ispaniyalı futbolçu üçün PSJ ilə danışıqlarda irəliləyir.
Soler özü də London klubuna keçmək istəyir. O, artıq ingilislərlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
27 yaşlı yarımmüdafiəçi 2022-ci ilin sentyabrından PSJ-də çıxış edir. O, bu müddət ərzində 63 rəsmi matçda iştirak edib, 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin