
PSJ-nin futbolçusu üçün mövsüm bitdi
PSJ-nin müdafiəçisi Nordi Mukiele zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, aprelin 11-də 25 yaşlı fransalı futbolçu zədəsinin təkrarlanmaması üçün Finlandiyada əməliyyat olunacaq.
Mukiele bu mövsüm PSJ-də bütün yarışlarda 25 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin