PSJ-nin futbolçusu sıradan çıxıb

PSJ-nin mərkəz müdafiəçisi Milan Skriniar bu mövsümün sonuna qədər meydana çıxmaya bilər. 

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, slovakiyalı futbolçu Fransa superkubokunda “Tuluza”ya qarşı matçda (2:0) topuq biləyindən ciddi zədə alıb. O, ən azı bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq. Paris təmsilçisinin tibbi heyəti cərrahiyyə əməliyyatının zəruriliyi ilə bağlı qərar verərsə, Skriniar bu mövsümün sonuna kimi oynamaya bilər.

Skriniar ötən yay azad agent kimi “İnter”dən PSJ-yə keçib. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 23 oyuna çıxıb və 1 qol vurub. Onun klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button