PSJ-nin futbolçusu Ronaldonun klubuna keçmək istəyir

PSJ-nin müdafiəçisi Milan Skrinyar yay transfer pəncərəsi bağlanana qədər komandasını dəyişə bilər.

Komanda.az xarici KİV-ə İstinadən xəbər verir ki, slovakiyalı futbolçunun Səudiyyə Ərəbistanı çempionatında oynamaq imkanı var.

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun oynadığı “Əl-Nəsr” Skrinyarla müqavilə imzalamaq niyyətində olduğunu açıqlayıb. 29 yaşlı müdafiəçi bu variantı özü də istəyir.

Skrinyar Paris klubunun sıralarına ötən yay qoşulub. Onun hazırkı klubu ilə müqaviləsinin müddəti 5 ildir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button