Neymarın atasından “Barselona” açıqlaması

PSJ-nin futbolçusu Neymarın “Barselona”ya keçəcəyi iddia olunur.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı futbolçunun atası Neymar da Silva yayılan xəbərləri təkzib edib:

“Danışıqlar aparmaq üçün Barselona şəhərinə uçmayacam. İndi Braziliyadayam və oğlumla birlikdə Parisə qayıdana qədər burda qalmağı planlaşdırırıq”.

İspaniya mətbuatı Neymarın PSJ-dən ayrılaraq, “Barselona”ya transfer olunacağını iddia edir. Braziliyalı hücumçu 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button