Neymardan PSJ-dəki gələcəyi ilə bağlı açıqlama
PSJ-nin futbolçusu Neymar klubun mətbuat xidmətinə açıqlama verib.
Komanda.az xəbər verir ki, braziliyalı hücumçu, növbəti mövsümdə də PSJ-də qalacağını deyib:
“Növbəti mövsümdə də PSJ-də qalacam. Bu dəfə Çempionlar Liqasını qazanmaq hirsiylə. Adımı klubun tarixinə yazdırmaq üçün hər şeyi etmək istəyirəm. İnsanlar əvvəllər PSJ-nin Avropanın böyük klublarından biri olmasına şübhə edirdisə, bu şübhələr Lissabonda suya düşdü. Biz finalı qazana bilmə gücümüzə inanaraq, bu şəhəri tərk etmişdik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin