İddia: Neymar “Real” rəhbərliyi ilə görüşüb
PSJ-nin futbolçusu Neymar karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, braziliyalı hücumçu “Real”a keçməyə yaxındır. Bu barədə ispaniyalı jurnalist Eduardo İnda məlumat yayıb. İnda, Neymarın Madridə gələrək, “Real” rəhbərliyiylə görüşdüyünü iddia edib.
PSJ-dən ayrılmaq istəyən Neymar “Real”a keçmək niyyətindədir.
Neymar PSJ-yə “Real”ın əzəli rəqibi “Barselona”dan transfer olunmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin