“Barselona”da Messiyə fərqli davranmaları normaldır” – Neymar

PSJ-nin futbolçusu Neymar açıqlama verib.

Komanda.az xəbər verir ki, Braziliya mətbuatına danışan Neymar, Paris klubunda xoşbəxt olduğunu deyib:

“Hər kəs yayda PSJ-dən ayrılmaq istədiyimi bilirdi. Ancaq hazırda xoşbəxtəm və özümü rahat hiss edirəm. Məncə, mövsümə yaxşı başladıq və sona qədər mübarizə aparmalıyıq”.

Neymar, “Braziliya milli komandasında sənə xüsusi diqqət ayrılırmı” sualına da cavab verib:

“Milli komanda üçün 10 ildir mübarizə aparıram və hər zaman yaxşı işlər gördüm”.

Braziliyalı hücumçu, vaxtı ilə “Barselona”da birlikdə oynadığı Lionel Messi barədə də danışıb:

“Barselona”da Lionel Messiyə fərqli davranmaları normaldır. O, komanda üçün etdikləri ilə buna layiqdir. Bu, çox normaldır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button