“PSJ-dən ayrılmaq fikri heç ağlımdan keçməyib” – Neymar
PSJ-nin futbolçusu Neymar açıqlama verib.
Komanda.az xəbər verir ki, Fransa mətbuatına danışan braziliyalı hücumçu, Paris klubunda xoşbəxt olduğunu deyib:
“Parisdə çox xoşbəxtəm. Komanda yoldaşlarımla belə bir klubda olduğum üçün çox şadam. PSJ-dən ayrılmaq fikri heç ağlımdan keçməyib. Hazırda burda olduğum üçün şadam, gələcəkdə nə olacağını görəcəyik”.
Neymarın PSJ ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin