Neymarın suriyalı uşağa məktubu

PSJ-nin futbolçusu Neymar, 8 yaşlı suriyalı əlil uşağın onun “Santos”dakı formasıyla çəkdiyi videoya cavab verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı hücumçu, sosial şəbəkə vasitəsiylə Hamisə mesaj göndərib. Neymar mesajında bunları qeyd edib:

“Salam, Hamis. Məni dəstəklədiyin üçün təşəkkürlər, qəlbim səninlə və ailənlədir. Tanrı sizi qorusun, hələlik”.

Protez ayaqları olsa da, futboldan ayrıla bilmədiyini deyən Hamis, bir gün Neymarla tanış olmaq istəyir:

“Ümid edirəm ki, məktəbi bitirərəm və Neymarla tanış olaram. İnşallah, ailəm də buna kömək edəcək. Neymara çox təşəkkür edirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button