Verratti: “Hakim məni iki dəfə təhqir etdi”

PSJ-nin futbolçusu Marko Verratti Çempionlar Liqasının yarımfinal mərhələsində “Mançester Siti”yə qarşı keçirdikləri oyunda hakim tərəfindən təhqir olunduğunu açıqlayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italyan yarımmüdafəçi, qarşılaşmanın baş hakimi Byörn Kuypersin iki dəfə onu söydüyünü deyib:

“Hakim məni iki dəfə təhqir etdi. Bu, onun üçün normal ola bilər. Ancaq biz onun dediklərini desəydik, 10 oyun cəza verərdilər”.

Verratti ilə yanaşı, onun komanda yoldaşı Ander Herrera da hakimin söyüş söydüyünü deyib.

“Mançester Siti” – PSJ matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button