“Mən Roberto Karlos deyiləm, ancaq…” – PSJ-nin futbolçusu
PSJ-nin futbolçusu Marko Verratti açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italyan yarımmüdafiəçi, oyun tərzi və komandadakı rolu haqda danışıb:
“Mən Roberto Karlos deyiləm, ancaq yaxşı zərbələrim var. Buna baxmayaraq, adətən daha yaxşı mövqedə olan komanda yoldaşlarıma ötürmə edirəm. Mənim vəzifəm qol vurmaq deyil.
Fransada oyun çox tez-tez dayanır. Hakimlər hər 20 saniyədən bir oyunu dayandırır, bundan nifrət edirəm.
Bir oyun tərzim var və bunu dəyişməyi sevmirəm. Ümumilikdə, meydanda mənə sərbəstlik verən baş məşqçilərlə çalışıram. Buna görə xoşbəxtəm. PSJ-dəki hazırkı rolumdan məmnunam”.
2012-ci ildən PSJ-də forma geyinən Verrattinin 2021-ci ilin yayına qədər müqaviləsi var. İtalyan futbolçu bu mövsüm 11 qarşılaşmaya çıxıb və 1 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin