Messidən etiraf
PSJ-nin futbolçusu Lionel Messi ABŞ-da futbol oynamaq istəyir.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə argentinalı hücumçu özü açıqlama verib. O, karyerasının bir hissəsini ABŞ-da keçirmək istədiyini etiraf edib:
“Orada futbol oynamaq və yaşamaq maraqlı gəlir. Karyeramın növbəti dönəmlərinin birində bunu reallaşdırmaq istəyirəm. Lakin alınacaqmı, bilmirəm”.
İspaniya mətbuatının xəbərinə görə, Messi 2023-cü ildə MLS təmsilçisi “İnter Mayami” ilə müqavilə imzalaya bilər. Klubun sahibi ingiltərəli keçmiş futbolçu Devid Bekhemdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin