
PSJ-nin futbolçusu İtaliyaya qayıda bilər
PSJ-nin futbolçusu Leandro Paredes karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, “Roma” və “Yuventus” klubları argentinalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə “Goal” nəşri məlumat yayıb.
A Seriyası təsmilçiləri Paredes üçün qışda PSJ-yə təklif göndərəcək.
27 yaşlı yarımmüdafiəçi bu mövsüm Paris komandası ilə Liqa 1-də 3 oyuna çıxıb.
Paredes daha əvvəl İtaliyada “Roma” və “Empoli”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin