PSJ-nin futbolçusu İtaliya və İngiltərə klublarının “radar”ında

PSJ-nin futbolçusu Layven Kurzavanın meneceri müştərisini İngiltərə və İtaliya klublarına təklif edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Paris klubuyla müqaviləsi mövsümün sonuna qədər olan müdafiəçi “Yuventus”, “İnter”, “Mançester Yunayted”, “Arsenal” və “Nyukasl”ın maraq dairəsindədir.

Kurzava yeni klubunda illik ən azı 6 milyon avro qazanmaq istəyir. 2015-ci ildən PSJ-də çıxış edən futbolçu Fransa milli komandasına da dəvət alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button