“Hakimlər VAR-a baxmaq üçün 7 dəqiqə sərf etməməlidirlər”
PSJ-nin futbolçusu Kilian Mbappe Video Köməkçi Hakim (VAR) sistemi ilə bağlı fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı hücumçu, bu sistemə uyğunlaşmalı olduqlarını deyib:
“Hakimlər VAR-a baxmaq üçün 7 dəqiqə sərf etməməlidirlər. Bu texnologiyanın tərəfdarıyam, amma düzgün istifadə olunmalıdır. Meydançada mübahisəli epizodlar olur və qərar vermək üçün bu sistemə baxmaq yaxşıdır. Hələ də VAR-a uyğunlaşmalıyıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin