Mbappe: “…özümü ölmüş kimi hiss edirdim, bütün gecə ağladım”

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının yarımfinalında “Leyptsiq”i məğlub etdikləri oyundan (3:0) sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Fransa mətbuatına danışan Mbappe, finalda “Lion”la qarşılaşmaq istədiyini deyib:

“Sent-Etyen”lə oyunda aldığım zədədən sonra özümü ölmüş kimi hiss edirdim, bütün gecə ağladım. Ağrım var idi, amma heç kimə bunu bildirmək istəmirdim.

Çempionlar Liqasını qazanmaq istəyirəm. Finalda təbii ki, “Lion”la qarşılaşmağı daha üstün tuturam. Liqa 1-i biz də qiymətləndirməsək, bunu kim edəcək? “Lion”un “Bavariya” ilə oyunda yaxşı çıxış edəcəyini düşünürəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button