PSJ-nin futbolçusundan nümunəvi addım

PSJ-nin futbolçusu Keylor Navas koronavirusla mübarizədə vətəni Kosta-Rika sakinlərinə yardım edəcək.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Navas və həyat yoldaşı Andrea Salas “The Times of Hopes” fondunun köməyiylə həmyerlilərinə 3700 qida paketi hazırlayıb. Navas, hökumətin icazəsini aldıqdan sonra yardım paketlərini paylayacaq.

Kosta-Rikada koronavirusa 695 nəfər yoluxub. Onların 6-sı vəfat edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button