Türkiyədən təklif alıb – PSJ-nin futbolçusu
PSJ-nin yarımmüdafiəçisi Corcinyo Veynaldum Fransa klubunu tərk edəcək.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, Niderlandın PSV və Türkiyənin bəzi klubları ona təkliflər göndərib. Futbolçu düşünmək üçün vaxt tələb edib.
32 yaşlı oyunçu 2022/23 mövsümünü icarə əsasında İtaliya “Roma”sında keçirib. O, bütün turnirlər daxil olmaqla 23 oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin