
PSJ-nin futbolçusu “İnter”in hədəfində
PSJ-nin futbolçusu Leandro Parades karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “İnter” Paredeslə maraqlanır. Milan klubu parislilərlə müqaviləsi gələn yay başa çatacaq argentinalı yarımmüdafiəçi üçün 10-15 milyon avro ödəməyə hazırdır.
Parades 2019-cu ildən PSJ-də forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin