“Atletiko” PSJ-nin hücumçusunu alır – 3 illik müqavilə

PSJ-nin futbolçusu Edinson Kavani karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, uruqvaylı hücumçu “Atletiko”ya keçməyə yaxındır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, Kavaninin Madrid təmsilçisiylə üç illik müqavilə imzalayacağı və illik 12 milyon avro qazanacağı bildirilir.

2013-cü ildən PSJ-də forma geyinən Kavaninin müqaviləsi mövsümün sonunda bitir. 32 yaşlı forvard bu mövsüm Liqa 1-də 8 oyunda 2 qol uvurb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button