PSJ-nin futbolçusu cinsi təcavüzdə ittiham edilir

Fransanın PSJ klubunun və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi cinsi təcavüzdə ittiham olunur.

Komanda.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə fevralın 26-da qeydə alınıb. Mənbə Hakiminin sosial şəbəkədə tanış olduğu və öz evinə çağırdığı 23 yaşlı qıza onun istəyinin əleyhinə olaraq təcavüz etdiyini və həmin şəxsin bir gün sonra yerli polisə olay barədə xəbər verdiyini açıqlayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Futbolçu özü ötən axşam baş tutan “The Best” mükafatlandırma mərasimində iştirak edib.

Qeyd edək ki, Hakimi bu mövsüm PSJ forması ilə bütün turnirlərdə 31 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button