
“Messi PSJ-yə keçəcəyi üçün çox xoşbəxtəm”
PSJ-nin futbolçusu Canluici Donnaruma Lionel Messinin Paris klubuna mümkün keçidini şərh edib.
Komanda.az xəbər verir ki, italiyalı qapıçı, argentinalı hücumçunun PSJ-yə keçidindən çox xoşbəxt olacağını deyib:
“Hələ rəsmi deyil, ancaq düşünürəm ki, tezliklə hər şey həll olunacaq. Messi PSJ-yə keçəcəyi üçün çox xoşbəxtəm. O, dünyanın ən böyük və güclü futbolçusudur. Həyəcanlı və xoşbəxtəm”.
Messinin PSJ ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin