
“Borussiya” PSJ-nin futbolçusunu transfer etməyə hazırlaşır
“Borussiya” (Dortmund) bu yay PSJ-nin hücumçusu Randal Kolo-Muanini transfer etməyə hazırlaşır.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, Almaniya klubunun rəhbərliyi hücumçular Sebastyan Aller və Yussuf Mukoko ilə yollarını ayırmaq istəyir.
Kolo-Muani bu mövsüm PSJ-nin heyətində 39 oyun keçirib, 9 qol vurub və 6 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı Fransa millisinin oyunçusuna 60 milyon avro qiymət qoyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin