Asensio Almaniya klubuna keçir

“Bayer” (Leverkuzen) PSJ-nin vingeri Marko Asensionun transferini yekunlaşdırmağı planlaşdırır.

Komanda.az xəbər verir ki, Leverkuzen təmsilçisi bu qış transferi reallaşdırmağı hədəfləyib. Tərəflər artıq keçidlə bağlı razılaşıblar. 

27 yaşlı hücumçu “Bayer”ə keçməkdə qərarlıdır. Buna səbəb isə onun daha çox oyun şansı əldə etmək istəməsidir. 

Asensio ötən yaydan PSJ-də oynayır. O, bu mövsüm bütün yarışlarda 12 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə verib. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button