PSJ-nin futbolçusu Azərbaycan millisinə qarşı oynamayacaq

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Fransa yığmasının heyətində dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.

PSJ-dən heyətə cəlb edilən Bredli Barkola zədəli olduğu üçün komandadan kənarda qalıb. Onu “Lill”də çıxış edən Florian Toven əvəzləyib.

Fransa millisi oktyabrın 10-da Parisdə Azərbaycan, 13-də isə Reykyavikdə İslandiya ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button