Di Mariyanın PSJ-dən istəyi

PSJ-nin futbolçusu Anxel Di Mariya Paris klubu ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb. Argentinalı yarımmüdafiəçi yeni baş məşqçi Maurisio Poçettinonun heyətindəki yerini itirməyəcəyi təqdirdə, sözləşməsini yeniləməyə razıdır.

Di Mariyanın hazırkı müqaviləsinin müddəti bu ilin yayına qədərdir.

32 yaşlı futbolçu bu mövsüm PSJ ilə 17 oyunda 4 qol vurub, 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button