Di Mariya İtaliya klubuna keçə bilər
PSJ-nin futbolçusu Anxel Di Mariya karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi ilə “İnter” klubu yaxından maraqlanır. Bu barədə “Repubblica” nəşri məlumat yayıb.
“İnter” PSJ ilə müqaviləsi mövsümün sonuna qədər olan Di Mariya ilə yaxın zamanda danışıqlara başlayacaq. “Neradzurra” 33 yaşlı yarımmüdafiəçini azad agent kimi heyətinə qatmaq istəyir.
Di Mariya bu mövsüm Liqa 1-də 13 oyunda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin