
“Yuventus”la danışıqlar aparmışam” – PSJ-nin futbolçusu
PSJ-nin futbolçusu Adrien Rabiot karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 24 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. Rabiot “Yuventus”la danışıqlar apardığını deyib:
“Yuventus”la danışıqlar aparmışam. “Yuventus” hər bir futbolçunun oynamaq istəyəcəyi böyük klubdur”.
PSJ ilə müqaviləsi iyunun 30-na qədər olan Rabiotun Paris klubundan ayrılacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin