
PSJ-nin yeni transferi koronavirusdan sağaldı
PSJ-nin futbolçusu Əşrəf Hakimi koronavirusdan sağalıb.
Komanda.az xəbər verir ki, 22 yaşlı müdafiəçi artıq Paris komandasının məşqlərinə qoşulub. Bu barədə o “instagram” hesabında paylaşım edib.
İyulun 17-də Hakiminin koronavirusa yoluxduğu bildirilmişdi.
Hakimi iyulun 7-də İtaliya “İnter”indən 70 milyon avro qarşılığında PSJ-yə transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin