Topa bu qədər toxunan olmamışdı…

PSJ Liqa 1-in 9-cu turunda “Anje”ni 4:0 hesabıyla məğlub edib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi bu oyunda rekorda imza atıb. Belə ki, oyun ərzində PSJ-nin 6 futbolçusu topa 100 dəfə və daha artıq toxunmaqla yadda qalıb. Leandro Paredes 148, Marko Verratti 146, İdrissa Queye 144, Tyaqo Silva 131, Presnel Kimpembe 119, Neymar 105 dəfə topa toxunublar. Bu, 2006-07-ci il mövsümündən bəri Liqa 1-də rekord göstəricidir.

9 turdan sonra 21 xal toplayan PSJ turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button