PSJ-nin futbolçuları ilə razılığa gəlmək mümkün olmadı
PSJ-nin futbolçuları koronavirusa görə məvaciblərinin azaldılmasına qarşı çıxıb.
Komanda.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Xəbərdə, PSJ rəhbərliyinin futbolçularla məvaciblərinin endirilməsiylə bağlı apardığı danışıqların uğursuz olduğu bildirilib.
PSJ-nin idman direktoru Leonardo artıq bir müddət idi ki, futbolçularla razılığa gəlmək üçün danışıqlar aparsa da, futbolçuların cavabı “yox” olub.
PSJ-də ən çox maaş alan Neymardır. Braziliyalı hücumçu illik 48,9 milyon avro qazanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin