“Qalatasaray” PSJ-dən 6 milyon avroluq transferə hazırlaşır

PSJ-nin yarımmüdafiəçisi Leandro Parades “Qalatasaray”a keçməyə yaxındır.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, tərəflər keçidin reallaşması məqsədiylə bütün məsələlərdə razılıq əldə ediblər. Bu transfer İstanbul təmsilçisi üçün 6 milyon avroya başa gələcək.

Parades başa çatan mövsümü icarə əsasında “Yuventus”da keçirib. O, bütün turnirlər daxil olmaqla 35 oyuna çıxıb, bir qol vurub və bir qolun məhsuldar ötürməsini edib.

Xatırladaq ki, “aslanlar” öncədən PSJ-dən Mauro İkardini transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button