“PSJ-nin Çempionlar Liqasının finalına yüksələcəyinə əminəm”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində Dortmund “Borussiya”sı ilə oyunlar haqda danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib:

“İki kubokdan məhrumuq, onları qazanmaq üçün hər şeyi edəcəyik. PSJ-nin Çempionlar Liqasının finalına yüksələcəyinə əminəm. Bu, bizim əsas məqsədimizdir. Texniki, mənəvi və taktiki baxımdan bizi üstələmək çox çətindir. Statistikalar bundan danışır”.

Yarımfinalın ilk oyunu mayın 1-də Dortmund stadionunda keçiriləcək. Cavab görüşü bir həftə sonra Parisdə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button