Navasla İkardinin PSJ-dəki məvacibi bilindi
PSJ-nin bu mövsüm heyətinə qatdığı Keylor Navas və Mauro İkardinin illik məvacibləri məlum olub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hər iki oyunçu Paris klubunda ən çox məvacib alan 5 futbolçu arasında yer alır.
“Real”dan PSJ-yə keşən Navas illik 7 milyon avro məvacib alır. Bu, 32 yaşlı qapıçının “kral klubu”nda qazandığı məvacibdən 2 milyon avro çoxdur.
“İnter”dən PSJ-yə icarə əsasında keçən İkardi isə 6 milyon avro qazanır. Paris təmsilçisi argentinalı hücumçunu transfer etmək istəsə, 70 milyon avro ödəməlidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin