
PSJ-nin baş məşqçisi əməliyyat olunub
PSJ-nin baş məşqçisi Luis Enrike ilə bağlı yeni məlumat yayılıb.
Bir neçə gün əvvəl ispaniyalı mütəxəssisin velosipeddən yıxılaraq körpücük sümüyünü sındırdığı açıqlanmışdı.
Komanda.az “PSG Report”-a istinadən xəbər verir ki, 55 yaşlı çalışdırıcı uğurlu əməliyyat keçirib və artıq sağalma prosesinə start verib. Onun səhhətində nəzərəçarpacaq dərəcədə irəliləyiş olduğu bildirilir.
PSJ Fransa Liqa 1-də ilk üç turdan sonra maksimum nəticə göstərərək, 9 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. Komanda növbəti oyununu sentyabrın 14-də evdə “Lans”a qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



